Slimfit
  1. AZƏRBAYCAN

Leyla Əliyeva “Arqonavtlar” beynəlxalq inklüziv tamaşasında iştirak edib

Leyla Əliyeva “Arqonavtlar” beynəlxalq inklüziv tamaşasında iştirak edib
Sakura

Leyla Əliyeva “Arqonavtlar” beynəlxalq inklüziv tamaşasında iştirak edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Candoco” və “Lost dog” qruplarının birgə hazırladığı “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası və “Candoco” rəqs qrupunun ifasında “Üz-üzə” və “İkimiz də bilirik” tamaşaları təqdim olunub.

"Report" xəbər verir ki, tamaşaların təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tamaşalar II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “British Council Azerbaijan”ın təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təqdim edilib. Əvvəlcə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp çıxış edərək səhnə əsərləri haqqında məlumat verib. Bildirib ki, tamaşalar inklüzivlik mövzusuna həsr olunub. Diplomat tamaşaların hər kəsdə xoş ovqat yaradacağını söyləyib.

"British Council Azerbaijan"ın direktoru Samr Şah deyib ki, bu, dörd il ərzində Azərbaycan, Böyük Britaniya, Ukrayna və Gürcüstandan əlilliyi olan həvəskar və peşəkar aktyorların ərsəyə gətirdikləri tamaşadır. Biz Birləşmiş Krallığın mədəniyyət resurslarından istifadə edərək incəsənət sahəsində inklüzivliyi təşviq etmiş, Azərbaycanın aparıcı incəsənət və mədəniyyət obyektlərinin əlillər üçün daha əlçatan olması məqsədilə onlarla əməkdaşlıq etmiş və ictimaiyyətin əlillik haqqında düşüncəsini dəyişməyə və daha inklüziv cəmiyyət yaratmağa öz töhfəmizi vermişik.

“Arqonavtlar” tamaşası müxtəlif ölkələrdən olan on nəfər peşəkar və həvəskar, əlilliyi olan və olmayan ifaçının bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir. Bu peşəkar ifa 2019-cu ilin iyun ayından sentyabrınadək sənətkarların Kiyevdə olduqları müddətdə hazırlanıb.

Sonra səhnə əsərləri nümayiş etdirilib.

Yasmeen Godderin “Üz-üzə” performansı tamaşaçılarda gözqamaşdırıcı obrazlar, cəsur və azad rəqslə ifadəsini tapmış, yaxınlıq və dərin xülyalara həsr edilmiş ehtiraslı və həyəcanverici bir nəğmə təəssüratı yaradıb. Əsərdə urban-hindi musiqisindən geniş şəkildə istifadə olunub.

Xoreoqraf Arlene Fillipsin əsəri olan “İkimiz də bilirik” qısa zaman kəsimlərindən ibarət seriya formasında nəql edilən romantik duetdir. Pop musiqisinin sədaları altında ehtiras və hissiyyatla ifa edilən bu güclü və nəfəskəsici rəqs tamaşaçılara çox vaxt eyni adama necə təkrar-təkrar aşiq olmağı və sevgimizin necə bitməsini göstərir.

İştirakçıların məharət dolu çıxışları tamaşalar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR