Slimfit
Leykoz
Sakura

Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə…

Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir"ifadəsi ilə məşhurdur.

Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsusən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya –ağqanlılıq adlanır. Bu anormallıq zamanı 1 mm qanda 100-400 min ağ qan kürəciyi ola bilər: “Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır”

Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda normoblastlar (eritrosit növü) və retikulositlər (cavan eritrosit) əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.

Bu günə qədər aparılan araşdırmalara baxmayaraq onkoloji xəstəlik olan leykoz-leykemiyanın yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi (leykoz virusu, infeksion-allergik, kimyəvi, radiasiya və genetik) nəzəriyyələr mövcuddur. Həmçinin ekoloji çirklənmə və atmosferə atılan tullantıların miqdarının çoxluğu belə ərazilərdə yaşayanlarda xəstəliyə yoluxma riskini artırır. Bunun nəticəsində orqanizmdə maddələr mübadiləsində, sinir və sindokrin sistemlərin funksional pozğunluğunda baş verən kəskin dəyişikliklər leykoz üçün xarakterik cəhətdir. Leykoz hər yaşda təsadüf olunur. Ən çox 2-5 yaş arasında olan uşaqlarda təsadüf olunur. 1 yaşdan aşağı, 10 yaşdan yuxarı insanda müalicəyə cavab azalır. I İntoksikasiya əlamətləri:

  1. Ümumi zəiflik
  2. Halsızlıq
  3. iştahasızlıq
  4. Baş ağrıları
  5. əzələ ağrıları
  6. sümük ağrıları
  7. hərarətin yüksəlməsi
  8. çəkinin itirilməsi

II Anemik sindrom:

  1. Solğunluq
  2. Sarılıq
  3. Tez yorulma
  4. Təngnəfəslik
  5. Fiziki işdən sonra meydana çıxan ürəkdöyünmə
  6. Iş qabiliyyətinin azalması

III Hemorragik sindrom:

  1. Dəri örtüklərində və selikli qişalarda qansızmalar, göy ləkələr
  2. Burun və diş qanaxmaları
  3. Mədə - bağırsaq qanaxmaları
  4. Bütün orqan və toxumalarda qansızmalar ola bilər
  5. Limfatik düyünlərin böyüməsi
  6. Qaraciyərin böyüməsi ( ola bilər böyüməsin)
  7. Dalağın böyüməsi ( ola bilər böyüməsin )

Ümumiyyətlə, ilkin əlamətlər:

  1. Sümük ağrıları
  2. Səbəbsiz hərarət
  3. Halsızlıq

Bu 3 triadadan sonra xəstəlik qan yaradan orqanlara metastaz verməyə başlayır. Limfatik düyünlər, dalaq, qaraciyər böyüməyə başlayır.

 

Müalicəsi

Xəstəliyin düzgün təyin edilməsi üçün ilk növbədə qanın müayinəsindən başlamaq lazımdır. Həmçinin xəstəliyin fəsadları dalaq, qara ciyər və limfa vəzilərinə təsir etdiyi üçün bu orqanlar da müayinədən keçirilməlidir. Xəstəliyin yaranma səbəbi haqqında dəqiq məlumat olmadığına görə əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək çətindir. Ancaq müalicə zamanı ayrı-ayrı simptomları aradan qaldırmaq və zəiflətmək üçün hormonal, vitamin, antibiotik, qanköçürmə və damar daraldıcı preparatlardan istifadə edilir. Kəskin və xroniki leykozlarda xəstəliyin fəsadlarının aradan qaldırılması üçün hormonal müalicənin əhəmiyyəti böyükdür. Bu müalicə üsulu əsasən uşaq və yeniyetmələrə yaxşı təsir göstərir.

Ayrıca xəstələrin və ailələrin xəstəlik haqqında məlumatlandırılması, leykozun ümidsiz yox, tərsinə yaxşı müalicə və mənəvi dəstək ilə leykozlu xəstələrdə 85%-ə qədər tam müalicənin aşkar olunduğunu bildirmək müalicənin 2. əsas mərhələsidir.

 

Müalicənin əsasları və ilk müalicə

Çox yüksək dozada ən az 6 ədəd olan bir-birindən fərqli dərman ağızdan və damardan xəstəyə verilir. Burada əsas məqsəd blast adı verilən bədxassəli hüceyrələrin məhv edilməsidir. Ancaq bu kimyəvi terapiyadərmanları yalnızca bədxassəli hüceyrələri deyil, faydalı hüceyrələri də məhv edir. Buna görə də uşaqların saçı tökülür, ağızlarında, bağırsaqlarında yaralar əmələ gəlir, halsızlaşırlar, immun sistemləri zəifləyir. İmmun sistemləri zəiflədiyi üçün ətrafda olan insanlardan, havadan , sudan, tozdan, mikropdan tezliklə başqa viruslara yoluxa bilərlər. Bunlardan qorunmaq üçün xəstələr qoruyucu masqalar taxırlar.

 

Müalicə metodları

Leykoz xəstəliyinin müalicəsindəki əsas prinsip blast adlı bədxassəli hüceyrələrin çoxalmasının qarşısını almaq, məhv etmək və normal qan hüceyrələrinin yaranmasını təmin etməkdir. Bədxassəli blast hüceyrələr çox sürətlə çoxalırlar. Bunlar yetkinlik və çoxalma zamanlarına görə müxtəlif mərhələlərə bölünürlər:

  1. Mitoz
  2. G mərhələsi
  3. S mərhələsi

Müalicədə məqsəd bir-birindən fərli dərmanların bir proqramda uzun müddət istifadə olunaraq bütün blast hüceyrələrin məhv edilməsidir.Təqribən 3 il davam edən müalicədə 4 mərhələ yer alır:

  1. Yükləmə müalicəsi

Bir birindən fərqli 5-6 cür dərman eyni vaxtda verilir. Məqsəd bədxassəli hüceyrələrin sürətlə 2 ay içində öldürülməsidir.

  1. Gücləndirmə müalicəsi

Dağılan, məhv olmağa başlayan bədxassəli hüceyrələr özlərini yenidən bərpa etməyə çalışır. Bu mərhələdə yüksək dozada dərmanlar 3-4 ay damardan verilir.

  1. Qabaqlayıcı müalicə

Özünü bərpa edən blastların qarşısını almaq üçün edilir. Bəzi hallarda radioterapiyadan (işıq terapiyası) istifadə olunur.

  1. Davamlılıq müalicəsi

Məqsəd tamamilə yox edilmiş blast hüceyrələrin yenidən hansısa şəkildə yaranmasının qarşısını almaq üçün, ən son blast məhv edilənə qədər müalicənin davam etdirilməsidir. 2.5 - 3 il davam edir.

 

Sümük iliyi nəqli

Uşaq yaşlı leykoz xəstələrində dərmanla 3-3.5 il müalicədən sonra 85% uğurlu nəticə əldə olunur. Müalicəyə cavab alına bilməyən və bəzi istisna hallarda sümük iliyi nəqlinə ehtiyac duyulur.

Sümük iliyi nəqlində əsas prinsip, qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan ana-kök hüceyrələrin, iliyin donordan alınaraq leykoz xəstəsinə verilməsidir. Beləcə normal qan dövranı təmin olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR