Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Leykositlər

Leykositlər
Sakura

Leykositlər

Leykositlər (latınca: λευκως) – ağ qan hüceyrələri də deyilir. Ağ qan hüceyrələrinin hüceyrə nüvəsi vardır və immun sisteminin (immun sistemi) verdiyi vəzifələri edər. Leykosit sayı normal olaraq 4000-6000 mikro litrdir, yəni hər mikro litrdə bu qədər leykosit olur. Bir insanın qanında 25 milyard leykosit olur, lakin əsl 95%-i ehtiva edən leykositlər toxumalardadır. Hər hansı bir infeksiya halında sümük ilikləri də lazımlı olan lökositləri çıxarar. Şüa və kimya terapiyası görənlərin sümük ilikləri kifayət qədər leykosit hazırlaya bilmir. Buna görə bu xəstələrin digər xəstəliklərə tutulmamalarına diqqət yetirmələri lazımdır.

Leykositlər bədənə girən mikroorganizmlərə qarşı qoruyucu xüsusiyyəti olan hüceyrələrdir.

Leykositlər granulositler və agranulositler olmaq üzrə iki qrupda araşdırılar.

 

Granulositler

Sitoplazmalarında granüllerin tapıldığı lekositlərdir. Kimyaterapiyadan sonra müvəqqəti ədədləri azalar. Həddindən artıq azalmalarda infeksiyon xəstəliyinə bağlı qızdırma halları olar.

 

Neytrofil

Mikroorganizmləri ya da xarici maddələri fagositos(latınca: udma) yolu ilə yox edərlər. Sitoplazmalarındaki granüllər, mikroorganizmləri həzm edən fermentlərə sahibdirlər.

Eozinofil

Allergik reaksiyalar da rol alarlar və parazitik infeksiyalara qarşı qoruma təmin edən hüceyrələrdir. KMLdə qan və sümük iliyində artar.

Bazofil

Leykositlərin içində miqdar olaraq ən az olan tipdir. Müəyyən allergik reaksiyalara qatılan ağ kürə hüceyrələrindən biri. KMLdə bu hüceyrələr qan və sümük iliyində artar.

Agranulositler

Sitoplazmalarında yalnız bir neçə lizosom granülü ol/tapılar.

Monosit

Ən böyük qan hüceyrəsidir. Monositlər sümük iliyindən sonra keçdikləri dövran sistemində qısa müddət qalıb sonra toxumalara keçərək toxuma makrofajlarına çevrilərlər. Makrofajlar özlərindən böyük strukturları həzm edə bilmə xüsusiyyətinə sahibdirlər.

Limfositlər

T və B hüceyrələri olmaq üzrə iki fərqli tipi vardır. B linfositlər sümük iliyində meydana gələrlər və limfoid toxumalarda toplanarlar. T limfositler timusda aktivləşər. T və B limfositlər bədənin müdafiə etmə sistemini meydana gətirərlər. Bu hüceyrələr bakteriyaları, virusları məhv etmək qabiliyyətinə malikdirlər.
B-limfositlərin immun sistemində rolu
Limfositlər insan orqanizmində immun mudafiə, qoruyucu funksiya yerinə yetirən qanın formalı hissəciklərindəndir. T və B hüceyrələri olmaq üzrə iki fərqli tipi vardır. B limfositlər sümük iliyində meydana gələrlər və limfoid toxumalarda toplanarlar. T limfositler timusda aktivləşər. T və B limfositlər bədənin müdafiə etmə sistemini meydana gətirərlər. Bu hüceyrələr bakteriyaları, virusları məhv etmək qabiliyyətinə malikdirlər B-limfositlər qanda dövr edən limfositlərin 5-15%-ni təşkil edir. Səthində (hüceyrə membranında) hansı strukturların (molekulların) yerləşməsindən asılı olaraq B-limfositlər yarımnövlərə (subpopulyasiyalara) ayrılır. Onların fərqləndirici səthi strukturları- reseptorları hemoqlobulinlərdən ibarətdir. Bunlara B-hüceyrə reseptorları(ingiliscə, B-cell reseptor—BCR) deyilir. Məlum olmuşdur ki, periferik qanda olan B-limfositlərin əksəriyyəti öz səthində İgM və İgD immoqlobulin reseptorları ekspressiya (təzahür) edir. Qanda dövran edən B-limfositlərin 10%-ə qədəri İgG, İgA və İgE reseptorları ekspressiya edir. Əlavə olaraq B-limfositlərin səthində hemoqlobulinlər bəzi köməkçi molekularla assosiasiyada antigentanıyıcı reseptor kompleksini əmələ gətirir. B-limfositlərin səthində bir çox funksional molekullar da ekspressiya olunur. Bunlar eyni zamanda markerlər funksiyasını ifa edirlər. Onların böyük hissəsi öz səthində T-limfositlərlə qarşılıqlı təsir üçün çox önəmli olan ıı sinif MHC antigenləri daşıyırlar. B-hüceyrələrinin səthində eyni zamanda komplement komponenetləri üçün reseptorlar(CD35 və CD21) və ekzogen İgG üçün reseptorlar da vardır. Sonuncular B-limfositlərin aktivliyini zəiflətmək üçün siqnalları qəbul edir. B-limfositlərin digər səthi strukturlarına immunokompetent hüceyrələrin identifikasiyasiyası üçün istifadə olunan CD19,20,22 və s. markerləri aiddir. Yad antigenlər, ATEH və T-limfositlərlə qarşılıqlı əlaqədən sonra B-limfositlər aktivləşir, çoxalır və hemoqlobunilinlər, yaxud anticisimlər sintez edirlər. Son zamanlar B-limfositlərin də AAOHS qabiliyyətinin olması haqda da məlumatlar əldə edilmişdir. Müəyyən olunmuşdur ki, B-limfositlər öncədən immunizasiya olunmamış orqanizmdə virusla yoluxmuş hədəf-hüceyrələrini lizisə uğrada bilir. Anticisimlərin iştirak etmədiyi bu proses çox güman ki, limfositoksinlərlə həyata keçirilir. B-limfositlər: limfositlərin 10%-ni təşkil edir. Bu hüceyrələr ilk dəfə quşlarda fabrius kisəsi( bursa Fabrius) deyilən limfoid orqanda aşkar olunmuşdur. B-limfositlərdən effektor hüceyrələr- İg sintez edən plazmositlər yaranırlar. Plazmatik hüceyrələr konkret antigenə qarşı antitel sintez edirlər. B-limfositlər, plazmatik hüceyrələr humoral immunitetə cavabdehdirlər. Onların sintez etdikləri antitellər(At) qana və orqanizmin başqa maye mühitlərinə ifraz olunurlar. Hədəfin- antigenin məhvi At iştirakı ilə gedir. B-limfositləin plazmalommasında çoxlu sayda immunoqlobulin Jg reseptorları olur (ən çox JgM, JgD sinifləri). Hər bir B-limfosit 105 sayda belə reseptorlara malik olur. Antigeni B-limfosit bu reseptorların köməyi ilə tanıyır. Reseptor antigenlə birləşdikdə B-limfosit aktivləşir və proliferasiya edir, plazmatik hüceyrəyə differensasiya edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR