Lexus Ay üçün 7 qeyri-adi nəqliyyat növü göstərdi
LEXUS şirkətinin dizaynerləri Ayda nəqliyyat vasitəsi ilə bağlı təsəvvürlərini təqdim ediblər. Onların bu orijinal ideyalarına çətin ki, nə vaxtsa ehtiyac olacaq, lakin ay maşınlarının konseptlərinin gələcəkdə bu yapon brendinin real modellərində öz təcəssümünü tapması istisna edilmir.
Təqdim edilmiş yeddi konsept dəb və sənət dərgisi olan Document Journal- ın sorğusu əsasında Lexus mütəxəssisləri tərəfindən hazırlanlb. Onların arasında yolsuzluq avtomobili sayılan Lexus Y yük maşını, enli adaptiv təkərlərə malik Moon Racer yarış maşını, buxar saçan bayk Zero Gravity, əcaib Cosmo, hibrid təkərlərlə Lunar Cruisar, futuristik Lunar Mission Y təyyarəsi və şarabənzər Bouncing Moon Roller var.
Bu şəkillər heç bir sənaye konsepsiyasına əsaslanmır, xüsusilə də həqiqətən Ay üzərində hərəkət edə biləcək nəqliyyat vasitələrinin prototipləri. Bunların texniki sahəylə bağlılığı da yoxdur və sadəcə dizaynerin xəyali fikirləridir. CNET-in yazdığına görə, güman ki, ay texnikası konseptləri ictimaiyyətin diqqətini yeni elektromobil Lexus LF-30 Electrified kimi daha çox qəbul olunmuş sınaqlara cəlb etməkdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət