Dərc edildi: Baxış sayı: 563
:0
Levandovski bombardirlərin mübarizəsində Messini qabaqladı
Münhen “Bavariya”sı və Polşa millisinin hücumçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı hücumçusu olub.
“Marca” xəbər verir ki, Levandovski il ərzində millidə və klubunda 59 qarşılaşmaya çıxıb və bu qarşılaşmalarda 54 dəfə fərqlənib.
Beləliklə, Levandoski cari təqvim ilində Argentina millisinin və “Barselona”nın kapitanı Messini geridə qoyub. Argentinalı 58 qarşılaşmada 50 dəfə fərqlənə bilib.
İlk üçlükdə PSJ-nin hücumçusu Kilian Mbappe də təmsil olunub. Fransalı hücumçu 49 qarşılaşmada 44 dəfə fərqlənib. Onu “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq qabaqlamaq şansına malikdir. Belə ki, “şəhərlilər”in 2019-cu ildə Premyer Liqa çərçivəsində daha iki qarşılaşma keçirməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət