“Lester Siti”də iki müqavilə
İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçilər Nampali Mendi və Ceyms Meddison ilə müqavilənin müddətini uzadıb.
Ens.az Matc.Az-a istinadən xəbər verir ki,bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mendi ilə 2021/22 mövsümünün sonunadək müqavilə imzalanıbsa, Meddison 2024-cü ilin yayına qədər “Lester Siti”nin uğurları üçün çalışmağa davam edəcək.
“Monako”nun yetirməsi olan Mendi 2016-cı ildən İngiltərə klubunda forma geyinir. O, 2013-2016-cı illər aralığında “Nitsa”da da çıxış edib. 28 yaşlı fransaız 2017/18 mövsümündə də “Nitsa”ya icarəyə verilib.
Meddison isə 2018-ci ildən “Lester Siti”dədir. 23 yaşlı ingilis futbolçu “Koventri Siti”, “Norviç Siti” və “Aberdin”də də oynayıb. Yarımmüdafiəçi İngiltərə yığmasında da bir oyun keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət