Slimfit
  1. AZƏRBAYCAN

Lerikin bu kəndi işıqsızdır

Lerikin bu kəndi işıqsızdır
Sakura

Lerikin bu kəndi işıqsızdır

Adamın inanmağı gəlmir ki, ölkənin hazırki tərəqqi dövründə Lerikin dağ kəndi Bradi kimi işıq problemi ilə üzləşən ikinci bir yer ola.

Özü də uzun illərdi kəndin işıq problemini yoluna qoymaq mümkün olmur. Payız, qış bir yana, yayın sakit vaxtlarında da gün olur ki, bu dağ kəndinin işığı bəzən 10 dəfədən çox söndürülür. Sanki işıq ustaları adamlara acıq verməkdən zövq alırlar. İşıqların tez-tes kəsilməsi elektrik cihazlarının sıradan çıxmasına səbəb olur. Bir balaca külək əsəndə, qar yağanda camaat aylarla lampa işığına möhtac qalır. 

Kənddəki ağac elektrik dirəkləri ötən əsrin 60-cı ildən qalmadır. Onlar da çürüyüb çoxdan ömrünü başa vurub. İndiki vaxtda istismar üçün tam yararsızdır. Hətta elə yerlər var ki, dirəklərdən sallanan elektrik xətti insan həyatı üçün hər an təhlükə yarada bilər. Küləkli günlərdə bir-birinə dolaşan məftillərin yaratdığı qığılcım vahiməli görünür. Hazırda xətlərin təmirinə ciddi ehtiyac var.

Yiyəsizlik isə get-gedə kəndin işıq problemini müşkülə salır. Haçansa işin düzəlməsinə burada yaşayan əhalidə ümid azdır. İşıq pulu vaxtında yığılır, amma heç olmasa dirəklərin dibini bərkitmək, sallanmış məftilləri yerinə qoymaq bu işə məsul olan səlahiyyət sahiblərin yadına düşmür. 

Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR