Slimfit
  1. AZƏRBAYCAN

Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır

Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır
Sakura

Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır

“Hazırda Lerik rayonunda 1064 nəfər 80 və daha yuxarı yaşda olan insan yaşayır”.

Bunu “Report”a açqılamasında Lerik Rayon Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyib.

Onun sözlərinə görə, 110 nəfər 90 və daha yuxarı, 11 nəfər isə 100 yaş və daha yuxarı yaşdadır: “11 nəfərin içərisində üç nəfər 99 yaşındadır. Yəqin ki, onlar da artıq 100 yaşa keçiblər”.

Direktor qeyd edib ki, dağlıq rayonlarda yaşayan insanlar uzunömürlü olurlar: “Çünki dağın havası və suyu təmizdir. Həmçinin burada insanlar çox hərəkətdə olurlar. Eyni zamanda, dağlıq ərazilərdə yaşayan insanlar ağartı qida məhsullarına üstünlük verirlər. Burada həmçinin genetikanın rolu böyükdür”.

“Aparılan statistik hesablamalara görə, qadınlar kişilərə nisbətən daha uzunömürlü olurlar. Çünki onlar daha çox hərəkətdə olur və stress yaşayanda ağlayaraq hisslərini büruzə verə bilirlər", - o əlavə edib.

 

 

D.Fətullayeva qeyd edib ki, Lerik Rayon Uzunömürlülər Muzeyi dünya üzrə yeganədir: “Rayonumuzda uzunömürlülər digər rayonlardan çoxdur və bu muzeydə uzunömürlülərin şəxsi əşyaları və onların fotoları var. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. 90-a yaxın insana aid etnoqrafik materiallar - geyimlər, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır”.

Xatırladaq ki, Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin hazırda fəaliyyət göstərən binasının açılışı olub. Muzey Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun mərkəzində yerləşir. Hazırda muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.

Qeyd edək ki, müxtəlif KİV-ləri təmsil edən jurnalistlər Səhiyyə Nazirliyinin Lerik Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur çərçivəzində adıçəkilən muzeyə də baş çəkiblər. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR