Slimfit
  1. HƏRB

“Leonardo”: “M-346 təyyarələri ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”

“Leonardo”: “M-346 təyyarələri ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”
Sakura

“Leonardo”: “M-346 təyyarələri ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”

“Hazırda Azərbaycan HHQ ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar gedir. Azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçiriblər”.

Bunu Ordu.az-a açıqlamasında, İtaliyanın “Leonardo” şirkətinin satış meneceri Françesko Molinari III “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bildirib. 


Onun sözlərinə görə, “Leonardo” şirkəti ADEX sərgisinin davamlı iştirakçılarındandır və hər dəfə onlar sərginin yüksələn xətt üzrə inkişafını müşahidə edirlər. 

““Leonardo” şirkəti çoxşaxəli fəaliyyət proqramına malikdir. Əsasən təyyarə, helikopter, elektron avadanlıqlar istehsal edir. Şirkətin “Thales” ilə birgə kosmik sahədə geniş miqyaslı ortaq layihələri də uğurla inkişaf edir”, - deyə Molinari şirkətin prioritet istiqamətlər üzrə fəaliyyətlərini izah edib. 

Azərbaycanla “Leonardo” şirkəti asındakı əməkdaşlığa toxunan satış meneceri, hazırda şirkətlə Azərbayacan arasında M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar getdiyini bildirib: “Ümumiyyətlə Azərbaycanla İtaliya münasibətləri daim müsbət dinamikaya malik olub. Keçən il şirkət rəhbərliyinin Azərbaycan Prezidenti ilə görüşü də bunu sübut edir. Bu görüş zamanı “Leonardo” şirkəti ilə Azərbaycanın güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edilib. 
Hazırda Azərbaycan HHQ ilə M-346 təlim-döyüş təyyarələrinin alınması barədə danışıqlar gedir. Azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçiriblər. Bu təlim döyüş təyyarələri öz texniki-uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onların qənaətcil və daha yüksək sürətə malik olması əsas üstün keyfiyyətlərdən biri hesab edilir. Bəzən M-346 təyyarələrini öz sinifinin “səma Ferrari”si də adlandırırlar.

Ümumən qeyd edim ki, rəsmi Bakı Mərkəzi Asiyada və Qafqazda “Leonardo”nun ən yaxın tərəfdaşıdır. Yaxın gələcəkdə müəyyən məhdudlaşdırıcı prosedurların aradan qaldırılmasından sonra Azərbaycanda şirkətin servis xidmətinin və ya filialının açılması mümkünlüyü nəzərdən keçirilir”.

Molinari qeyd edib ki, M-346 təyyarələri İtaliyadan başqa Sinaqapur və İsrail HHQ-də də istismar edilir. 

“Biz bu təyyarələrdən 30 ədədini Sinqapura, daha 30 ədədini isə İsrailə satmışıq. İsrail ilə müqavilə şirkətin rəmzi hesab edilir. Çünki, İsrail Ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur. Əgər davamlı olaraq müharibə şəraitində olan İsrail “Leonardo” istehsalı təyyarəyə üstünlük veribsə, deməli ondan üstün ola biləcək digərini tapa bilməyiblər”, - deyə o əlavə edib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR