Slimfit
  1. CƏMİYYƏT

Lənkəranda yürüş keçirilməsi ilə bağlı yalan məlumat yayanlar saxlanıldı

Lənkəranda yürüş keçirilməsi ilə bağlı yalan məlumat yayanlar saxlanıldı
Sakura

Lənkəranda yürüş keçirilməsi ilə bağlı yalan məlumat yayanlar saxlanıldı

"Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib. Bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb".

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və onlar saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən 3-cü yetkinlik yaşına çatmayanlardır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR