Slimfit
  1. İQTİSADİYYAT

Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb

Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb
Sakura

Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb

 Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli hesab edilən zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən bildirilir. 

Məlumata görə, qurumun Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərini əhatə edən 32 hektar kələm sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 10 hektar sahənin kələm sovkası ilə sirayətləndiyi müəyyən edilib.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli Arivo (200 qr/1 ha) və Primfos-metil tərkibli Aktellik-K (500 qr/1 ha) preparatlarından istifadə olunub.

Kəpənəklər dəstəsinin Sovkalar fəsiləsinə aid olan kələm sovkası Azərbaycan şəraitində 2-3 nəsil verir və pup mərhələsində qışlayır. Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə nisbətən torpağın 10-15 sm dərinliyində qışlayırlar. I nəsil kəpənəklərin yumurtaqoyma müddəti may ayının üçüncü ongünlüyündə müşahidə edilir. Kütləvi yumurtaqoyma dövrü iyun ayının axırına qədər davam edir. Dişilər öz yumurtalarını kələm yarpaqlarının alt səthinə topa halda qoyurlar. Hər yumurta topasında 10-dan 180-ə qədər yumurta olur. Kələm sovkasının yumurtaqoyma məhsuldarlığı çox yüksəkdir. Laboratoriya şəraitində bir dişi kəpənək 600-dən 2500-ə qədər, orta hesabla 1500-2000 yumurta qoya bilir. Yumurtaların inkişafı may ayının üçüncü ongünlüyündə və iyun ayının birinci ongünlüyündə 6-8 günə başa çatır. Yumurtadan tırtılların çıxması iyun ayında müşahidə edilir.

II nəsil zərərvericilərin tırtıllarının puplaşması iyun ayının ortalarında baş verir. Kütləvi puplaşma iyunun üçüncü ongünlüyündən iyulun birinci ongünlüyünə qədər davam edir və bu proses iyulun axırına kimi müşahidə olunur. Qışlamış puplardan II nəsil kəpənəklərin uçuşu 45-50 günə başa çatır. Bu uçuş müddəti iyunun üçüncü ongünlüyünün sonundan avqust ayının birinci ongünlüyünə qədər davam edir. II nəsil kəpənəklərin yumurtaqoyma dövrü iyul ayının 7-14-ü arasında müşahidə olunur. Yumurtaqoyma dövrü avqust ayının birinci ongünlüyünə qədər davam edir. Yumurtanın inkişafı 5-7 gün çəkir. II nəsil tırtılları iyul ayının üçüncü ongünlüyündə müşahidə edilir. Yumurtadan tırtılların çıxması avqust ayının axırlarına qədər davam edir. Tırtıllar sentyabr ayının 15-nə kimi müşahidə edilir. Kələm sovkasının II nəslinin inkişafı 45-50 günə başa çatır.

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə kütləvi zərər vurub. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Əkin sahələrinin adı çəkilən zərərverici ilə sirayətlənməsinin qarşısını almaq üçün şitillər erkən əkilməli, bitkiyə yaxşı qulluq edilməli və alaqlarla müntəzəm mübarizə aparılmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR