Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda çəltik sahələrinə müasir kombaynlar çıxarılıb

Lənkəranda çəltik sahələrinə müasir kombaynlar çıxarılıb
Sakura

Lənkəranda çəltik sahələrinə müasir kombaynlar çıxarılıb

Bir neçə gündür Lənkəran rayonunun çəltik sahələrində məhsul yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul yığımı kampaniyasını optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər müasir tipli kombaynlar və canlı qüvvə cəlb olunub.

Bu il rayonda əkilmiş 1000 hektar çəltik sahəsindən 4000 tondan artıq məhsulun yığılması proqnozlaşdırılır.

Havanın yağmurlu keçməsi yığım zamanı bir sıra çətinliklər yaratsa da, müasir texnikanın köməyi ilə bu problemi aradan qaldırmaq mümkün olub. Belə ki, “Aqrolizinq” ASC-nin xətti ilə ölkəmizə gətirilən İtaliya istehsalı olan çəltikbiçən “Laverda” tipli kombayn yer palçıqlı olsa da, sahədə batmır və yağışın əydiyi şitillərdəki məhsulu itkisiz yığa bilir.

Çəltikçilikdə müasir texnikalardan istifadə edilməsi fermerlərin əkin-biçin prosesində işlərini xeyli asanlaşdırıb və əvvəlki illərdə olduğu kimi əl əməyindən daha istifadə etmirlər.

Bu il çəltiyin növündən asılı olaraq hər hektardan 6-8 ton arası məhsul götürmək mümkün olacaq.

Ötən il “Astaraçay” MMC-nin Lənkəran rayonunda əkdiyi 600 hektar çəltik sahəsindən 2000 ton məhsul yığılıb, hər hektardan orta hesabla 40-45 sentner məhsul götürülüb. Bu il isə fermerlər məhsuldarlığın 20 faiz artacağını bildirirlər.

Hazırda biçilən məhsul texnikalar vasitəsilə təsərrüfatdakı zavoda gətirilir və məhsul yaş olduğundan burada xüsusi qurutma aqreqatından keçirilir. İtaliya istehsalı olan bu aqreqatın özəlliyi isə ondan ibarətdir ki, 8 saata 30 ton çəltiyi qurudaraq üyütmək üçün hazır vəziyyətə gətirir. Qurudulandan sonra hazır çəltik birbaşa dəyirmana təhvil verilir.

Qeyd edək ki, Lənkəranda çəltik yığımı sentyabrın sonuna kimi başa çatdırılacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR