Slimfit
  1. CƏMİYYƏT

Lənkəran seçki dairəsinin 24 saylı məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb

Lənkəran seçki dairəsinin 24 saylı məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb
Sakura

Lənkəran seçki dairəsinin 24 saylı məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi, cənub bölgəsində də yüksək seçici fəallığı müşahidə olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səsvermə prosesi Lənkəran şəhərində də yüksək əhvali-ruhiyyə ilə başlayıb. 77 saylı Lənkəran seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri İlqar Paşayev bildirib ki, məntəqədə səsvermənin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR