Lənətlənmiş Qayola adası
Planetimizdə müəmmalı reputasiyası olan bir çox yerlər var. Bununla həmin yerlər minlərlə turistin diqqətini özünə cəlb edir. Belə yerlərdən biri də İtaliyanın kiçik adalarından olan Qayoladır. Bəziləri bu adanı “Lənətlənmiş Qayola” da adlandırır.
Oxu.Az xəbər verir ki, o, Neopalitan körfəzində Kampaniya regionu sahilində yerləşir.
Əslində, bu, körpü ilə birləşmiş iki balaca adadır. Adalardan birində böyük villa var.
Uzun illərdir ki, adada heç kim yaşamır. Hesab olunur ki, o lənətlənib və bu səbəbdən adada çoxlu ölüm halları baş verib.
1920-ci ildə adanın ilk sahibi olan Hans Braun burada müəmmalı şəkildə ölüb, bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub. Adanın yeni sahibi Otto Qrubnak infakt nticəsində ölüb, növbəti sahib Moris Sandoz isə özünə qəsd edib.
Adanı almaq istəyən insanlar da ölüm, bədbəxtlik və səfalətlə qarşılaşıb. Buna görə də Qayola adası pis şöhrət qazanıb və heç kəs bu adanı almaq istəməyib.
Bu cür mistik tarixlər çox sayda turistin diqqətini cəlb edib. Buraya gələnlər nəinki ada ətrafında gəzə bilər, hətta sahibsiz villanın içərisinə girə və buraya baxa bilərlər.
Samir İsayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox