Dərc edildi: Baxış sayı: 738
Lazer prosedurlarının fəsadları - Kimlərə qadağan olunmalıdır?
Son illər lazer epilyasiyasına üz tutan qadınların sayı artmaqdadır. Amma qadınların böyük əksəriyyəti bu prosedurun onların səhhətləri üçün hər hansı problem yarada bilib-bilməyəcəyinin fərqinə varmırlar.
Medicina.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova isə Trend-ə bildirib ki, lazer epilyasiyası çox yüksək temperaturla müşahidə olunan prosedur olduğundan, bu zaman bəzi xəstəlikləri mütləq şəkildə nəzərə almaq lazımdır.
Həkim qeyd edib ki, lazer epliyasiyası hamilə qadınlar, süd verən analar, istənilən damar genişlənməsi, eyni zamanda dərisində müəyyən yanıqlar - termiki, kimyəvi, günəş yanıqları, o cümlədən açıq yaralar, müxtəlif xroniki dəri xəstəlikləri olan, herpesin kəskin dövrünü keçirən insanlar tərəfindən istifadə edilməməlidir.
S.Kərimovanın sözlərinə görə, şəkərli diabetdən, onkoloji xəstəliklərdən əziyyət çəkən insanların lazer epilyasiyasından istifadə etməsi qəti qadağandır:
"Eyni zamanda, günəşdən yetərincə qaralan dəriyə və dəri törəmələri olan şəxslərə lazer epilyasiyası olmaz. Yəni dəri törəmələrinin heç biri, başqa sözlə el arasında "ət xalı" adlandırdığımız xallar - hemangioma, bazalioma, papilloma, epitelioma, və s.dəri törəmələri olduğu zaman lazer epilyasiyası olmaz. Epilyasiya edildiyi zaman isə həmin xalların üzəri örtülməli və onlara lazer şüası qətiyyən toxunmamalıdır. Bundan başqa, həddindən artıq ağ və sarı tüklərə də lazer epilyasiyası məsləhət görülmür".
Həkimin sözlərinə görə, dəriyə lazer şüası vurulduqda bu, törəmələrin inkişafını daha da sürətləndirir. Herpesin kəskin dövründə edilən lazer epilyasiyası bədəndəki suluqları daha da artırır: "Herpes virusları adətən, dəridə sinir sonluqlarında yaşayır. Lazer epilyasiyası isə sinirləri zədələyə, beyində meningeal əlamətlər yarada bilər. Günəş yanıqlarından qaralmış dərilərdə epilyasiyanın edilməsi isə dəridə yanıqlar yarada və dermatitlər törədə bilər".
S.Kərimova qeyd edib ki, qaralmış dəri də lazer şüasından qorunmalıdır. Çünki bu, dəridə xərçəng riskini yaradır.
Həkimin sözlərinə görə, ümumilikdə lazer epilyasiyası sadalanan əks-göstərişləri olmayan insanların sağlamlığı üçün böyük fəsadlar yaratmır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət