Dərc edildi: Baxış sayı: 646
Lavrov və Mnatsakanyan Qarabağı müzakirə etdilər
Rusiya və Ermənistanın Xarici İşlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan Slovakiyada görüş keçiriblər.
“Sputnik Ermənistan” xəbər verir ki, tərəflər müttəfiqlik münasibətlərini, ikitərəfli və çoxtərəfli səviyyədə əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər.
XİN rəhbərləri, həmçinin regional və beynəlxalq gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
S.Lavrov və Z.Mnatsakanyan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə də toxunublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət