Slimfit
  1. SİYASƏT

Lavrov: “Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq səylərini dəstəkləyir”

Lavrov: “Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq səylərini dəstəkləyir”
Sakura

Lavrov: “Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq səylərini dəstəkləyir”

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyir.

TASS agentliyinin məlumatına görə, bunu avqustun 26-da Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra mətbuat konfransında söyləyib.

S.Lavrov azərbaycanlı həmkarı ilə çoxşaxəli strukturlarda, o cümlədən, ŞƏT-də koordinasiyanın gücləndirilməsini müzakirə etdiyini bildirib.

Rusiyalı nazir qeyd edib ki, rəsmi Bakı bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və onu müşahidəçi səviyyəsinə qaldırmaqda maraqlıdır.

“Biz belə bir müraciəti dəstəkləyəcəyik”, - deyə S.Lavrov qeyd edib.

ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb.

2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub.

Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan,  Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR