Dərc edildi: Baxış sayı: 219
Lavrov qıcıqlansa da, bununla barışacaq - Kuleba
Biz bütün hallarda F-16 qırıcı təyyarələrini əldə edəcəyik.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba Tvitterdə yazıb.
O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur:
“Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.
Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də F-16-ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət