Slimfit
  1. AZƏRBAYCAN

Lavrov Qarabağ tənzimlənməsinin yeni modelini ortalığa qoydu

Lavrov Qarabağ tənzimlənməsinin yeni modelini ortalığa qoydu
Sakura

Lavrov Qarabağ tənzimlənməsinin yeni modelini ortalığa qoydu

Mehri dəmir yolunun açılmasına Azərbaycan sevinməsə də, maneçilik də etməyəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı bəzi bəyanatları əksər siyasətçilər tərəfindən düzgün başa düşülmədi. Lavrov Yerevana gələnədək Dağlıq Qarabağın statusunun müəyyən olunmasını az qala zəmanənin ən qəliz, mürəkkəb məsələsi adlandırmışdı. Yerevanda keçirdiyi mətbuat konfransında suallara verdiyi cavabdan onun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının daha da çətinə salınması istiqamətində fəaliyyət göstərməsi bəlli oldu. Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın ortalığa qoyduğu bütün variantlar həmişə mərhələli həll variantına söykənib. Azərbaycan da mərhələli həll variantının əleyhinə deyil. RF indi mərhələli həll variantının ikinci mərhələsini, yəni statusun müəyyən olunmasını qəlizləşdirib daha uzun müddətə dondurulmuş vəziyyətdə saxlamaq istəyir. Lavrova görə Dağlıq Qarabağın statusunun müəyyən olunmasının uzun illər boyu təxirə salınmasında əsas rol Ermənistana məxsusdur; Ermənistan statusun müəyyən olunmasına imza atmasa, sənəd də qəbul edilməyəcək. Lavrov Rusiyanın uzun müddət Ermənistanı idarə edə biləcəyinə arxayındır. Hətta Lavrovun nəzərdə tutduğu bu uzun müddət içərisində Ermənistanın özünün Rusiyanın tərkibinə daxil olması ehtimali daha böyükdür. Lavrovun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının yubadılmasında ermənilərdə arxayınçılıq yaratmaqda əsas məqsədi birinci mərhələnin sürətli həllinə nail olmaqdır. Birinci mərhələyə görə Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.

Kommunikasiyaların açılması RF üçün indiki halda ən həlledici məqamdır. Mehri dəmir yolunun açılması Rusiyanın cari və strateji siyasəti üçün imperativə çevrilib. Yaxın Şərq regionunda yeni tipli aktiv proseslər başlayıb və bu zaman İran və Türkiyənin sərhədləri boyunca Rusiyanın zirehli qatarlarının hərəkət imkanı ən zəruri məsələyə çevrilir. Ermənistan dövlət olaraq, ermənilər xalq olaraq sıradan çıxacaq, amma Rusiya Mehri dəmir yolunu açacaq. Başqa variantı ola bilməz.

Mehri dəmir yolunun açılmasına Azərbaycan sevinməsə də, maneçilik də etməyəcək. Çünki Ermənistanın müttəfiqi hesab olunan bəzi region dövlətləri tərəfindən yaradılan risk Azərbaycan üçün kifayət qədər təhlükəlidir və Azərbaycan bu riski Rusiyanın iştirakı olmadan həll edə bilməz.

Hal-hazırda da ortalıqda regional təhlükəsizlik arxitekturası ilə bağlı yeni bir şey yoxdur. İran və ya digər dövlətlər yeni bir arxitektura təklif edəcəksə, buna inamın yaranması üçün illər lazımdır. Buna görə Azərbaycan Mehri dəmir yolunun fəaliyyətə başlamasında maraqlıdır və söhbət təkcə Azərbaycanın Ermənistana gedən yükləri nəzarət altında saxlamasından, Azərbaycanın iqtisadi baxımdan pul qazanmasından getmir. Həm də Azərbaycan üçün təhlükəsizlik məsələsidir.

S.Lavrov statusun müəyyən olunmasında erməniləri arxayın salır ki, Dağlıq Qarabağ tənzimlənməsinin birinci mərhələsi başlasın. Başqa sözlə, ermənilər əmin olsun ki, Dağlıq Qarabağın taleyi həll olunmur. Amma 7 rayon Azərbaycana qaytarılır və məcburi köçkünlər bu rayonlarda yaşayır.

 

Erməni psixologiyası buradan hansı nəticəni çıxaracağı bəlli məsələdir. Mehri dəmir yolunun açılmasının Rusiya üçün imperativ olmasını da erməni psixologiyası çox əla qavrayır. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin yaxında yeni geri çəkilmələri şəksizdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR