Slimfit
  1. SİYASƏT

Lavrov: Putinlə Əliyevin əlaqələri bunu təsdiq edir

Lavrov: Putinlə Əliyevin əlaqələri bunu təsdiq edir
Sakura

Lavrov: Putinlə Əliyevin əlaqələri bunu təsdiq edir

Biz həqiqətən münasibətlərimizi analoji şəkildə qiymətləndiririk, onlar yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Siz xatırlatdığınız kimi, Prezident Putin ilə Sizin müntəzəm əlaqələriniz bunu təsdiq edir. Həm Çində, həm də Soçidə “Valday” Forumunda Sizin iştirakınız çərçivəsində geniş söhbət oldu. Soçidə çox faydalı ikitərəfli görüş, dünya siyasətinin və regional siyasətin mühüm problemlərinə dair Sizin iştirakınızla çox maraqlı çoxtərəfli diskussiya oldu.

Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu – innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək", - Lavrov qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR