Dərc edildi: Baxış sayı: 4797
Lavrov: Dağlıq Qarabağla bağlı danışıqlarda atəşkəs barədə razılıq əldə edilib
Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri məsləhətləşmələrin yekunları üzrə birgə sənəd qəbul ediblər.
Ens.az xəbər verir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Moskvada Dağlıq Qarabağla bağlı danışıqlarda 10 oktyabr saat 12:00-dan etibarən atəşkəs barədə razılıq əldə edilib:
"Atəşkəs rejiminin parametrləri əlavə olaraq razılaşdırılacaq".
S.Lavrov qeyd edib ki, Ermənistan və Azərbaycan münaqişəni tezliklə sülh yolu ilə həll etmək məqsədi ilə əsaslı substantiv danışıqlara başlayırlar.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət