Dərc edildi: Baxış sayı: 717
Latviya Seymi yeni Müdafiə Konsepsiyasını qəbul edib
Latviyanın Seymi (parlament - Red) 2020-2024-cü illər üçün dövlət müdafiəsinin yeni konsepsiyasını təsdiqləyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,sənəd dövlət müdafiəsinin strateji prinsiplərini müəyyənləşdirir və gücləndirmək üçün əsas addımları əks etdirir.
Müdafiə Konsepsiyası dörd prinsipə əsaslanır - Milli Silahlı Qüvvələrin gücləndirilməsi, dövlətin hərtərəfli müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və beynəlxalq əməkdaşlıq.
Konsepsiyada həmçinin bildirilir ki, NATO qüvvələrinin Latviyada olması müttəfiqlərin respublikanı dəstəkləməyə hazır olduğunu sübut edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət