Dərc edildi: Baxış sayı: 328
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək
Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprelində Riqa-Bakı marşrutu ilə reyslərin həyata keçiriləcəyini elan edib.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, şirkət 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış yay uçuş cədvəlini 2021-ci ilə keçirib.
Bakı "AirBaltic"in ilk 15 uçuş istiqamətləri arasında yer alıb. Bakıya uçuşlar aprelin 28-dən başlayacaq. Uçuş müddət 3 saat 35 dəqiqə davam edəcək.
Ümumilikdə, "AirBaltic" gələn il 82 marşrut üzrə reyslər həyata keçirməyi planlaşdırır ki, bu da bu illə müqayisədə 21 faiz çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət