Slimfit
  1. AZƏRBAYCAN

Lapşindən Azərbaycanla bağlı növbəti həyasızlıq: “Bu ölkənin ABŞ-dakı aktivlərinə həbs qoyulsun”

Lapşindən Azərbaycanla bağlı növbəti həyasızlıq: “Bu ölkənin ABŞ-dakı aktivlərinə həbs qoyulsun”
Sakura

Lapşindən Azərbaycanla bağlı növbəti həyasızlıq: “Bu ölkənin ABŞ-dakı aktivlərinə həbs qoyulsun”

2017-ci ilin fevralında Azərbaycan dövləti əleyhinə açıq çağırışlar səsləndirdiyinə, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçdiyini görə həbs edilən Aleksandr Lapşin bu günlərdə ölkəmiz əleyhinə yeni həyasız çağırış səsləndirib. 

Moderator.az xəbər verir ki, Azərbaycan dövlətinin mərhəməti sayəsində azadlığına qovuşan Lapşin, uydurma bəyanatla çıxış edərək bildirib ki, guya Bakı həbsxanasında saxlanılan zaman onu öldürməyə çalışıblar. Bütövlükdə öz həbsini qanunsuz hesab edən A.Lapşin Azərbaycanın cəzalandırılmasının vacibliyini dilə gətirib və ABŞ-ı Azərbaycanın bu ölkədəki aktivlərinə həbs qoymağa səsləyib. Iki il bundan öncə məhz qanunları pozduğu üçün həbs edilən Lapşin bu addımın rəsmi Bakının qanunsuz davranışlarına qarşı mübarizə baxımından faydalı ola biləcəyini bildirib.

Xatırladaq ki, Belarusda tutularaq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilən Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi, daha sonra əfv edilərək azadlığına qovuşub. Lapşinin ABŞ-dakı Azərbaycan aktivlərinə həbs qoyulması ilə bağlı çağırışı isə onun ölkəmizə olan qərəzli münasibətinin hələ də dəyişmədiyini, öz böhtan və iftiralarından imtina etmək fikrində olmadığını göstərir. 

Eyni zamanda onun vaxtaşırı zühur edərək həyasızcasına Azərbaycana qarşı müxtəlif səpkili çağırışlar etməsi onu açıqca göstərir ki, Lapşin kimlərinsə əlində çoxdəfəlik istifadə vasitəsinə çevrilib. Heç şübhəsiz burada erməni barmağı da yox deyil və onu sifarişlə Azərbaycana qarşı danışdırırlar. Amma Lapşinin iç üzü çoxdan ifşa edilib və bu kimi cəhdlərin uğursuzluğa düçar olacağı bəllidir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR