Dərc edildi: Baxış sayı: 530
"Lans" son cəhd vaxtını açıqladı - “Qarabağ”ın legioneri üçün
"Qarabağ" müdafiəçisi Faysal Rerrasla yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, "Lans" Mərakeş əsilli belçikalı futbolçunun transferi üçün son cəhdini edib.
İtaliyada "Krotone" və "Benevento"nun da maraq dairəsində olan Rerrasla bağlı "Lans" rəhbərliyi sabah yekun qərarını verəcək. Liqa2 təmsilçisi müdafiənin sol cinahında yaranan boşluğu 26 yaşlı oyunçu ilə doldurmaq niyyətindədirlər. Əgər Rerrasın transferində "Qarabağ"la razılıq əldə olunmasa, "Lans" mövsümün əvvəlində Braziliya klubu "İnter Laqes"ə birillik icarəyə verdikləri Vitor Koştanı bu qış geri qaytarmağa çalışacaq.
Qeyd edək ki, Faysal Rerrasın "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət