Slimfit
  1. MARAQLI

Lanqust və onun faydaları

Lanqust və onun faydaları
Sakura

Lanqust və onun faydaları

Lanqustlar buğumayaqlılar tipinə, xərgəngkimilər sinfinə aiddir. Onların uzunluğu 60 sm, çəkiləri isə 5 kiloqrama qədər ola bilir. Lanqustlar zərif və dadlı ətə malikdirlər. Onlarlın dadlı ətə malik olması bütün dünya miqyasında restoranlarda bişirilməsinə səbəb olur. Lanqustlar omar xərçənginə çox bənzəyirlər. Onların 100-ə yaxın növləri var. Lanqustlara Sakit okeanda, Yaponiya sahillərində, Aralıq dənizi sahillərində, Cənubi Afrika və Avstraliyada rast gəlmək mümkündür. Avropa və Amerika ölkələrində də lanqustlara rast gəlmək mümkündür. Lanqustlar yaşadıqıları yerin mühitinə uyğun olaraq müxtəlif rənglərdə olur. Rəngləri müxtəlif olan lanqustların ayaqlarının sayı da müxtəlif olur. Müxtəlif su hövzələrində lanqustların ağ, çəhrayı, qəhvəyi, qırmızı və s. rənglərinə rast gəlmək mümkündür. Ən dadlı ətə malik isə çəhrayı atlantik lanqustudur. Qida sənayesində lanqustların əsasən quyruq hissəsindən istifadə edilir. Onu dondurulmuş halda marketlərdən almaq mümkündür. Nadir hallarda suda saxlanılan təzə lanqust alıb ev şəraitində bişirmək mümkün olur. Bu zaman lanqust aldıqda onun təzəliyini bilmək üçün quyruğuna nəzər yetirmək lazımdır. Quyruğunun içəri döğru qıvrılması onun təzəliyinin göstəricisidir.
Necə saxlamalı?
Lanqustu saxlamaq üçün ən ideal variant onu -18* temptarurda saxlamaqdır. Onu bu temperaturda ən çox 4 ay saxlamaq mümkündür. 100 qram lanqust ətinin qida dəyəri:
- Zülallar – 44,8 qr
- Yağlar – 2,7 qr
- Karbohidratlar – 1 qr
- Su – 13,6 qr
- Kalori – 112 kKal.
Lanqust ətinin tərkibində zülallar, yağlar, riboflovin, retinol, tiamin, pridoksin, askorbin turşusu, pantoten turşusu, fol turşusu və sianokobolamin var. Onun tərkibi kalsium, kalium, fosfor, maqnium, selen, sink, selen, marqanes, natrium, dəmir və s. minerallalar var.
Lanqust ətində zülalların, yağların, karbohidratların olmasına baxmayaraq az kalorili qidalardandır. Öz çəkisini nəzarət alıtında saxlamaq istəyənlər üçün lanqust yemək çox faydalıdır. Dieta saxlayanların lanqust əti yemələri onların vitamin və minerallara olan ehtiyacını ödəsə də, çəkinin artmasına səbəb olmur. Onun tərkibində orqanizm üçün faydalı olan zülallar və amin turşuları var. Lanqust ətində olan əvəzolunmas amin turşuları orqanizmin qocalmasının qarşısını alır. Lanqustun tərkibi fosfor və kaliumla zəngindir. Bu mineralların qarışımı dişlərin, saçların və dırnaqların möhkəmlənməsinə səbəb olur. Tərkibində olan mikroelementlər orqanizm tərəfindən asan sorulur, sinir sisteminin normallaşmasına, maddələr, enerji və karbohidratlar mübadiləsinin sürətlənməsinə səbəb olur. Orqanizmdə fosfor və B qrup vitaminlərin çatışmazlığı zamanı lanqust əti yemək patoloji əlamətlərin aradan qalxmasına səbəb olur. Kalsium, fosfor qarışımı sümüklərin möhkəmlənməsinə səbəb olur, onlarda əmələ gələn deformasiyaların qarşısını alır.
Lanqust ətinin tərkibində olan kaliumun miqdarı ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Lanqust dünyanın hər yerində istifadə edilən ən dadlı delikateslərdəndir. Lanqust dünya restoranlarında ən çox satılan delikatesdir. Bu delikatesin çəkisi çox az miqdarda olmasina baxmayaraq, onun tərkibi qidalandırıcı maddələrlə çox zəngindir.
Lanqustun zərərli xüsusiyyətləri
Bəzi hallarda lanqust ətindən istifadə etmək allergik reaksiyaların, dəri səpgilərinin, şişkinliklərin əmələ gəlməsinə səbəb olur. Dəniz məhsullarına qarşı allergiyası olan adamlara lanqust əti yemək məsləhət görülmür.

 

Mənbə: İmmunitet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR