Dərc edildi: Baxış sayı: 1395
LAND ROVER HAQQINDA
Land Rover (Lend Rover kimi tələffüz olunur) - "premium" sinif yüksək keçidli avtomobil istehsalı üzrə ixtisaslaşan Britaniya avtomobil şirkətidir. 2008-ci ildən etibarən Hindistan şirkəti olan Tata Motors-a məxsusdur. Jaguar Land Rover qrupuna daxildir.
TARİXİ
İlk Land Rover avtomobilinin yaradıcıları İngiltərənin Rover şirkətinin baş dizayneri Moris Uilks və onun qardaşı, icraçı direktoru Spenser Uilksdır. Yeni yolsuzluq üçün prototip amerikalı Willys-dən istifadə olunub.
Müharibədən sonrakı dövrdə, ingilis sənayesi istehsal resursları və sifarişlərin kəskin çatışmazlığını yaşayan zaman, iqtisadiyyatın bərpasında mühüm rol ingilis avtomobil sənayesinə verildi. Rover hökumətdən mülki avtomobillər istehsalını bərpa etməyə icazə almağa nail oldu və Solihall şəhərində yeni Meteor Works zavodunu ələ aldı. Bu müəssisə dövlətə məxsus idi və II Dünya müharibəsi zamanı tanklar və təyyarələr üçün mühərriklər istehsal edirdi. Zavodun imkanı daxilində yeni yolsuzluq istehsal etmək qərara alındı.
Moris Uilks hesab edirdi ki, hazır ki, layihə - ideal "ara" variantıdır, hansı ki, hökumətin ağır metal kvotalarını yüngülləşdirənədək Rover şirkətinə dayanmağa kömək edəcək. Tezliklə Moris Uilks avtomobili "Land Rover" adlandırdı.
1947-ci ildə qırıcıların və bombardımançıların buraxılışı kəskin şəkildə azaldı: anbarlarda böyük həcmdə alüminium yığıldı və bu metal poladdan daha əlçatan oldu. Bundan əlavə, alüminiumun inkarolunmaz üstünlükləri - aşağı çəki və korroziyaya qarşı davamlılığı sərt yolsuzluq şəraitində istismar etmək üçün nəzərdə tutulmuş bir avtomobil üçün ideal uyğun idi.
1947-ci ilin payızında, ilk tamamlanan prototip - "Centre Steer" yarandı. Prototipin banı, təyyarələrin gövdələrini boyadıqları yaşıl boya ilə boyandı. Rama pilləkən tipli idi. Mühərrik və transmissiyanı Roverin minik modelindən götürdülər. Sükanı, adında nəzərdə tutulduğu kimi, mərkəzdə yerləşdirdilər. Ancaq tezliklə bu qərardan imtina edildi - belə bir avtomobili ümumi istifadədə olan yollarda idarə etmək təhlükəli idi.
25 təcrübəli nümunə topladıqdan sonra Land Rover 1948-ci ilin yazında Amsterdam avtosalonunda təqdim edildi. Rover şirkəti, bu modeldə gözlənilmədən böyük maraq doğurdu. Land Rover, Uilkes qardaşları tərəfindən nəzərdə tutulduğu kimi, "aralıq" variantı olmadı. 1948-ci ildə istehsal edilən yolsuzluqların sayı bərabər idi, lakin, növbəti il istehsal edilən Rover sedanlarının sayı iki dəfə artdı.
İlk Land Rover HUE 166 nömrə nişanına sahib idi. Daha sonra bu nömrə nişanının təsviri ilə bir çox suvenirlər buraxıldı.
Land Rover, Rover şirkətini sabit gəlirlə təmin etdikdən sonra müştərilərin istək və sorğularına uyğun olaraq mövcud modeli təkmilləşdirmək mümkün olmuşdur.
1950-ci ildə tam ötürücü sistemi təkmilləşdirildi: indi sürücü bütün təkərlər arasındakı və ya arxa örücünü seçərək, əlavə vasitədən istifadə edərək transmissiyanı dəyişə bilər. Bundan əlavə, müştərilərə müxtəlif variantda ban və müxtəlif uzunluqda təkər bazası təklif edilirdi.
Hərbiçilər, fermerlər, xilasetmə və reabilitasiya xidməti işçiləri Land Rover-də ağır işləri yerinə yetirmək üçün lazım olan keyfiyyətləri tapdılar. 1959-cu ildə zavodun xəttini artıq 250 000-ci Land Rover tərk etdi.
2018-ci ilin iyun ayında Land Rover şirkətinin nümayəndələri "Cortex" adlanan yeni layihənin həyata keçirilməsini elan etdilər ki, bunun da həyata keçirilməsinə təxminən 5 milyon dollar sərf olunacaq. Bu layihənin məqsədi "bütün hava şəraitində yolda müstəqil şəkildə hərəkət edə bilən özüyeriyən robot avtomobilləri yaratmaqdır".
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət