Slimfit
  1. AVTO VƏ MOTO

"Lamborghini"dən ilk hibrid superkar

"Lamborghini"dən ilk hibrid superkar
Sakura

"Lamborghini"dən ilk hibrid superkar

"Lamborghini" şirkəti tarixində ilk dəfə olaraq hibrid modelini təqdim edib.

"Lamborghini Sian" modeli nəinki ilk hibrid, eyni zamanda şirkət tarixinin ən güclü avtomobili sayılır.

Yeni model Frankfurt avtomobil sərgisində təqdim edilib. Şirkətin şef-dizayneri Mitya Borkert qeyd edib ki, klassik "Countach" modelini əsas götürüblər.

"Sian" tərcümədə "şimşək parıltısı" mənasına gəlir. Kapotun altında V12 tipli, 6.5 litr həcmli mühərrik var. Aqreqat 785 at gücü hasil edir. Bundan başqa, əlavə elektrik mühərrikinin köməyi ilə aqreqatın gücü 819 at gücünə qədər artır. Mühərrik 7 pilləli robot sürətlər qutusu ilə çalışır.

"Lamborghini Sian" yerindən 100 km/saat sürəti 2.8 saniyəyə əldə edir. Maksimal sürət 350 km/saatdır.

Artıq məlumdur ki, "Lamborghini" cəmi 63 superhibrid istehsal edəcək. Satış qiyməti isə minimal olaraq 3.6 milyon dollar nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR