Dərc edildi: Baxış sayı: 1111
“Lamborghini” şirkəti tarixinin ən sürətli modeli- “Aventador SVJ” modelini istehsal edib
“Lamborghini” şirkəti tarixinin ən sürətli modeli- “Aventador SVJ” modelini istehsal edib.
“Ölkə.Az” xəbər verir ki, avtomobilin təqdimatı bu yaxınlarda baş tutacaq.
Yeni model Santa-Aqatada bu günə qədər istehsal edilmiş ən güclü 12 silindrli mühərriklə təchiz edilib. Aqreqat 770 at gücü hasil edir. Superkarın çəkisi 1525 kq-dır.
“Aventador SVJ” yerindən 100 km/saat sürəti cəmi 2.8 saniyəyə, 200 km/saat sürəti 8.6 saniyəyə, 300 km/saat sürəti isə 24 saniyəyə yığır.
100 km/saat sürətlə hərəkətdə olan maşının əyləc məsafəsi 30 metrdir.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət