Slimfit
  1. QADINLAR ÜÇÜN

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir?

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir?
Sakura

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir?

Hamımız bilirik ki, tez-tez dırnaq lakları istifadə etmək olmaz. Belə dırnaqlar zəifləməyə başlayacaq və tez saralacaqlar. Lakin bu kosmetik vasitə bizim sağlamlığımıza hesab edildiyindən daha çox ziyan vurur.

Publika.az oxucuları dırnaq laklarının mənfi təsirləri ilə tanış edib.

Sağlamlığına nə kimi zərər verir?

Boyanın təhlükəsi zəhərindən ibarətdir. Bəzi müasir lakların tərkibinə səhhətimizə zərər verən aşağıdakı komponentlər daxildir:

Toluol (Toluene) - həlledici maddədir, onun sayəsində dırnaqlarda hamar örtüyü yaradılır və piqment saxlanılır. Araşdırmalarda məlum olub ki, toluol mərkəzi sinir sisteminə təsir göstərə və reproduktiv funksiyasının pozulmasına səbəb ola bilər. Keyfiyyətsiz laklardan çox istifadə baş ağrıları, ürəkbulanma, zəiflik, ürəkkeçmələrə səbəb ola bilər.

Formaldehid (Formaldehyde) - rəngsiz qazdır. Lakların istifadə müddətdi bu qazdan asılıdır. Formaldehid allergiyası olan insanların dərisinə təmas etdikdə dermatit və kimyəvi yanıqlarla nəticələnmə təhlükəsi artır. Daha ağır hallarda qıcolmalar, ürək ritminin pozulması, hətta xərçəngi yarana bilər.

Dibutilfat (Dibutyl Рhthalate) aromatizator kimi istifadə olunur. Buna görə təhlükəli komponent nəfəs yolları xəstəlikləri, endokrin pozğunluqlar, hətta ginekoloji xəstəliklər yarada bilər.

Alimlər mövzu ilə bağlı 24 qadının iştirak etdiyi tədqiqat aparb. İştirakçılar dırnaqlarını boyadıqdan 6 saatdan sonra onların əksəriyyətinin difenilfosfat turşusu səviyyəsinin yüksəldiyi, bu səbəbdəndə metabolizmi prosesində problemlər yarandığı qeydə alınıb. Lak çəkdikdən 10 saat sonra isə iştirakçıların bədənində difenilfosfat turşusunun normadan 7 dəfə artıdığı məlum olub.

Sağlamlıq üçün təhlükəsiz olan lakı necə seçməli?

Bunun üçün lakların üzərindəki yazıları oxumaq lazımdır. Bəzi laklarda xüsusi qeydlər var. Məsələn, "5-Free" o deməkdir ki, lakda formaldehid (formaldehyde), toluol (toluene), dibutilfat (dibutyl phthalates) kamfora (camphor) yoxdur.

"3-Free" isə boyada yalnız 3 komponent: formaldehyde, dibutyl phthalate və toluene olmadığını bildirir.

Səhhətinizin qeydinə qalmaq istəyirsinizsə, dırnaq boyasını almazdan əvvəl yazılara diqqət yetirin.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR