Slimfit
  1. CƏMİYYƏT

Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları təqdim olunub

Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları təqdim olunub
Sakura

Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.​ Növbəti köç​ karvanı ilə Laçına çatan ailələrə evlərin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Laçın şəhəri bu gün 10 ailəyə qucaq açıb və daha​ 40 nəfər laçınlının​ yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələr​ qarşılandıqdan keçirilən sonra açar təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri iştirak edib. Ailələr​ sevinc hissi ilə açarları təhvil alıb.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR