Slimfit
  1. HƏRB

Laçında hərbçi qulluqçumuza bu yerdə atəş açılıb

Laçında hərbçi qulluqçumuza bu yerdə atəş açılıb
Sakura

Laçında hərbçi qulluqçumuza bu yerdə atəş açılıb

Ermənistan tərəfi bu gün saatlarında Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına odlu silahlardan atəş açıblar. Nəticədə DSX-nin hərbi qulluqçusu yaralanıb.

Trend hərbçimizin vurulduğu kadrları təqdim edir:

Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.

 Qeyd edək ki, hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.

 
  •  
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR