Azərbaycanın işğal altında olan ərazisi Laçın rayonunun ən son görüntüləri
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində- Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini davam etdirir. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir.
Karabakhmedia.az xəbər verir ki, ermənilərin qeyri-qanuni məskunlaşdığı Azərbaycanın işğal olunmuş Laçın rayonunun Pircahan kəndindən yeni görüntülər yayılıb. Dağlıq Qarabağda yaradılmış qondarma rejimin artsakh.tv -si Laçın rayonunun Pircahanlı kəndindən reportaj hazırlayıb.
Qeyd edək ki, Pircan kəndi rayon mərkəzindən təxminən 35 km qərdbə yerləşir. Kənd Azərbaycanın qədim yaşayış məskənlərindən biridir və kənd əhalisi milliyyətcə azərbaycanlılardan ibarət olub. Bu ərazidə XI əsrə aid “Gavur qalası” adlanan tarixi abidə vardır. Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılıb. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4-5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir.
Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, çörəkbişirmə sexi, pendir zavodu, rabitə şöbəsi və iki mağaza var idi.
1993-cü ilin aprel ayının 1-dən Ermənistan ordusunun işğalı altındadır.
Mənbə: Karabakhmedia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət