Slimfit
  1. SİYASƏT

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub
Sakura

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə təsərrüfat barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də məlumat verilib.

Diqqətə çatdırılıb ki, ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün ilboyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir. Daha sonra balıq məhsullarının hazırlanması və emalı üçün erkək balıqların ayrılması, dişi balıqlardan kürü istehsalına başlanması prosesi aparılır. Sonda isə körpə balıqların buraxılması, kürü və balıq məhsullarının əldə edilməsi prosesi həyata keçirilir.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR