Dərc edildi: Baxış sayı: 394
Laçın postunda ermənilər bu cür yoxlanır
Azərbaycanın Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd buraxılış məntəqəsindən keçidlə bağlı görüntü yayılıb.
Axar.az xəbər verir ki, “Caliber”in yaydığı videoda vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş verir.
Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Belə ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləmə” aparması və Laçın yolunun “blokadaya alınması” ilə bağlı açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil.
Laçın yolunun girişində sərhəd-keçid məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət