Laçın istiqamətinə keçid edən BQXK-nin avtomobilləri Xankəndinə qayıdıblar
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus həmin minik avtomobilləri əks istiqamətə qayıdıb.
Beynəlxalq təşkilata məxsus minik maşınlarının içərisində mülki erməni ailələri olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə məxsus avtomobillərin sayı 16-ya çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət