Slimfit
  1. CƏMİYYƏT

Laçın İcra Hakimiyyəti Ağcabədidəki evlərlə bağlı ittihamlara cavab verdi

Laçın İcra Hakimiyyəti Ağcabədidəki evlərlə bağlı ittihamlara cavab verdi
Sakura

Laçın İcra Hakimiyyəti Ağcabədidəki evlərlə bağlı ittihamlara cavab verdi

Laçın Rayon İcra Hakimiyyəti Ağcabədi rayonunun Taxta körpü ərazisində laçınlı məcburi köçkünlər üçün tikilən evlərin paylanılması zamanı qanunsuzluqlara yol verilməsi ilə bağlı ittihamlara münasibət bildirib.

Ens.az xəbər verir ki,İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, bununla bağlı rayon rəhbərliyinin ünvanına söylənilən iddiaların heç bir əsası yoxdur.

“Prezident İlham Əliyevin davamlı diqqət və qayğısının nəticəsi olaraq, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamına əsasən 2019-cu ildə Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında 245 ailəlik, Vağazin obasında 256 ailəlik, Şeylanlı obasında 144 ailəlik, cəmi 645 ailəlik üç qəsəbə inşa olunub.

Lakin görülən bu məqsədyönlü tədbirlərə sevinməyən və yaradılan hərtərəfli şəraiti gözü götürməyən bir sıra kütləvi informasiya vasitələri onlara təqdim edilən məlumatları araşdırmadan, reallığı öyrənmədən öz səhifələrində Laçın Rayon İcra Hakimiyyəti barəsində heç bir fakta söykənməyən uydurma məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratmağa uğursuz cəhdlər edirlər”, - İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Bununla yanaşı, həmin Qaydanın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi yalnız Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli şəkildə icra edilir: “Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış işçi qupu həmin yeni qəsəbələrə köçürüləcək məcburi köçkünləri yerində siyahıya alan, onların yaşayış şəraitini əks etdirən foto və video materiallar hazırlayaraq komissiya təqdim edib. İşçi qrupunun hazırladığı siyahılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xususi komissiyada təkrar yoxlanılıb və evlərin paylanması həmin komissiyanın yekun qərarı əsasında həyata keçirilib.

Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, Xüsusi komissiyanın sədri Eldar Zeynalov mətbuata müsahibəsində ictimaiyyət üçün geniş məlumat və izahat verib.

Həmin qəsəbələrdəki mənzillərin paylanılması mövzusu ətrafında 19.05.2020-ci il tarixdə sosial şəbəkələrdə məqsədli şəkildə yayımlanan videogörüntülərdə Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmir, yalan, böhtan və iftiradan ibarətdir.

Bununla yanaşı bəzi xəstə təfəkkürlü maraqlı şəxslər tərəfindən qərəzli şəkildə belə uydurma məlumatların yayılması rayon ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilir və ictimai qınağa səbəb olub”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR