Slimfit
  1. İDMAN

La Liqada yeni rekord: 38 yaşlı oyunçu het-triklə tarixə düşdü

La Liqada yeni rekord: 38 yaşlı oyunçu het-triklə tarixə düşdü
Sakura

La Liqada yeni rekord: 38 yaşlı oyunçu het-triklə tarixə düşdü

İspaniya La Liqasının XVI turunun “Atletik”lə ev oyunu “Betis”in hücumçusu Xoakin üçün əlamətdar olub. 

Oxu.Az xəbər verir ki, komandasının 3:2 hesabıyla qalib gəldiyi oyunda təcrübəli forvard İspaniya çempionatının tarixinə düşüb. 

Belə ki, “Betis”in hər üç qolunun müəllifi olan Xoakin La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçuya çevrilib. O, buna 38 yaş, 140 günlüyündə nail olub. 

Qeyd edək ki, Xoakin “Atletik”in qapısına matçın ilk 20 dəqiqəsində (2, 11 və 20) yol tapıb. Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb. 

İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəsi Alfredo Di Stefanoya aid idi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR