Slimfit
  1. İDMAN

La Liqada yeni mövsüm başladı: İlk oyun günündə qonaqlar sevindilər

La Liqada yeni mövsüm başladı: İlk oyun günündə qonaqlar sevindilər
Sakura

La Liqada yeni mövsüm başladı: İlk oyun günündə qonaqlar sevindilər

Futbol üzrə İspaniya La Liqasında 2023/24 mövsümünə start verilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  ilk oyun günündə iki matç keçirilib.

Mövsümün açılış oyununda “Rayo Valyekano” səfərdə “Almeriya”nı məğlub edib - 0:2. Qolları 20-ci dəqiqədə İsi Palazon və 28-ci dəqiqədə Randi Nketa penaltidən vurublar.

Turun ikinci matçında “Sevilya” “Valensiya”nı qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olublar - 1:2. 60-cı dəqiqədə Muxtar Diakabi qonaqları hesabda irəli çıxarsa da, 10 dəqiqə sonra Yussef En-Nesiri tarazlığı bərpa edib. 81-ci dəqiqədə Loik Bade birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Sevilya”nı azlıqda qoyub. 89-cu dəqiqədə isə Xavi Qerra “yarasalar”a qələbə qazandıran qolu vurub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR