Dərc edildi: Baxış sayı: 478
İspaniya Futbol Federasiyası La Liqa ilə bağlı tarixi qərar qəbul edib
İspaniya Futbol Federasiyası La Liqa ilə bağlı tarixi qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, qərara əsasən, gələn mövsümdən bazar ertəsi axşamları La Liqa oyunları keçirilməyəcək. Buna səbəb azarkeşlərin narazılığı olub.
Bu barədə İspaniya Futbolçular Asossiasiyasının prezidenti Luis Rubiales açıqlama verib: "Artıq bazar ertəsi futbol olmayacaq. Gələn mövsümdən oyunlar şənbə və bazar günləri keçiriləcək. İş önəmlidi, amma azarkeşlər daha önəmlidi".
Qeyd edək ki, La Liqada 2010-cu ildən etibarən bazar ertəsi də oyunlar keçirilməyə başlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət