Slimfit
  1. İDMAN

La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı

La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı
Sakura

La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı

İspaniya Kral Futbol Federasiyası (RFF) və La Liqa rəhbərliyi ölkə çempionatının qalan matçlarının keçirilməsi barədə razılığa gəliblər. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, aprelin 18-də səkkiz saat davam edən danışıqlardan sonra tərəflər çempionatın qalan oyunlarını keçirmək üçün prinsipial razılıq əldə ediblər.

Qeyd olunub ki, bu qərarın səbəblərindən biri iqtisadi cəhətdir. Çünki, pandemiyanın yaratdığı böhran səbəbindən İspaniya hökuməti idman sahəsində daha sərt büdcə paketi hazırlamaq məcburiyyətində qalacaq. Belə ki, İspaniya çempionatının oyunlarından əldə olunan gəlir ölkənin ÜDM-nin 1,37% -ni təşkil edir.

Qeyd edək ki, "Barselona" 27 turdan sonra turnir cədvəlində 58 xalla ilk pillədə qərarlaşıb. 

İkinci yerdəki "Real Madrid"in 56, üçüncü sıradakı "Sevilya"nın isə 47 xalı var. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR