Dərc edildi: Baxış sayı: 530
La Liqa bərpa olundu, 'Sevilya' derbidə qalib gəldi
Futbol üzrə İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" komandaları üz-üzə gəlib. "Ramon Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.
Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədə möhkəmlənib. "Betis" isə 33 xalla 12-cidir.
Qeyd edək ki, La Liqa qarşılaşmaları azarkeşsiz keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət