Slimfit
  1. AZƏRBAYCAN

Küveyt mətbuatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məlumatlar yayımlanıb

Küveyt mətbuatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məlumatlar yayımlanıb
Sakura

Küveyt mətbuatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məlumatlar yayımlanıb

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Jareeda” və “Əl-Nahar” qəzetlərinin dekabrın 30 və 31-i tarixli buraxılışlarında “Azərbaycan səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı məlumatlar yayımlanıb.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məlumatlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunduğu və bu tarixi günün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyi vurğulanıb. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin yaradılmasında Həmrəylik Gününün böyük rol oynadığı bildirilib.

Məlumatlarda, həmçinin Azərbaycanın müstəqillik əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin Fərmanı ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər il dünya azərbaycanlılarına təbrik ünvanladığı bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR