Slimfit
  1. AZƏRBAYCAN

“Kütləvi çıxarış” kampaniyası Gəncədə

“Kütləvi çıxarış” kampaniyası Gəncədə
Sakura

Gəncə şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirilib

Gəncə şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirilib.


Əmlak Məsələləri Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, şəhər əhalisinin aktivliyi müşahidə olunub. Ümumilikdə 200-ə yaxın sakinə xidmət göstərilib. Keçirilən kampaniya nəticəsində 130 sakinə birbaşa yaşadıqları ərazidə əmlaklarına dair çıxarışlar təqdim olunub. Mobil ofislərə müraciət edən 70 sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, mənzilləri, həyətyanı torpaq sahələrini əhatə edib.

Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib.

“Kütləvi çıxarış” kampaniyasının birbaşa ünvanlarda, iş yerlərində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi əhəmiyyəti də var. Ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu isə alqı-satqı, ipoteka əməliyyatlarının daha rahat və operativ təşkilinə imkan verir. Eyni zamanda digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata almağa stimullaşdırır.

İl ərzində 15-ə yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 3-ü paytaxtda qalanı isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Komitənin qeydiyyat xidmətlərini vətəndaşların bilavasitə ünvanına çatdıran “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətini davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 13-17 avqust tarixlərində saat 9:00-dan 17:00-a qədər Abşeron rayonunun Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi, 13 ünvanı olacaq. Digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə kampaniyanın keçirildiyi ərazilərin sakinləri müvafiq arayışların, texniki pasportların alınması üçün, eləcə digər qeydiyyat xidmətlərinin yerinə yetirilməsi ilə bağlı mobil ofislərə müraciət edə bilirlər. İndiyədək kampaniya Abşeron rayonunun Saray, Ceyranbatan qəsəbələrində, Masazır, Məmmədli kəndlərində keçirilib. Ümumilikdə 600-ə yaxın vətəndaş bu sosial layihədən faydalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR