Slimfit
  1. TƏBİƏT

Kürü necə xilas etmək olar ?

Kürü necə xilas etmək olar ?
Sakura

Əlaqələndirilmiş dövlətlərarası proqram tələb olunur

Kürün suyu getdikcə azalmağa doğru gedir. Bununla bağlı nə edəcəyik? Nə edə bilərik? Aşağıda problemin həlli ilə bağlı öz mülahizələrimi təqdim edirəm. 

"Dünyanın problemləri getdikcə daha da mürəkkəbləşir, lakin bu problemlərin həlli utanacaq qədər sadə olaraq qalır" - Bill Molison (Permakulturanın əsasını qoyanlardan biri)

Addım 1. Həmişə olduğu kimi - səbəb və nəticənin təhlili

Şübhə edənlər Sırdərya və Amurdərya çaylarını xatırlaya bilər. Aral dənizi də müasir dünyada normaya çevrilən nümunədir. Yeni səhralar, yox olan çaylar, dənizlər. Ölü dəniz yox olmaq sırasında növbədə dayanıb. İsrailin "aqrar möcüzəsi" nin qurbanı kimi. Daha əvvəl Ölü dəniz haqqında yazmışam - yüksək texnologiyalı kənd təsərrüfatının ətraf mühitə təsiri baxımından xam torpaqların sənaye dövrü və 50-ci illərdə vəhşi təbiətin  insan tərəfindən fəth olunma dövrünə nisbətən heç də az dağıdıcı olmadığının başqa bir nümunəsi. İqlim dəyişikliyi insan fəaliyyətinin  artıq gizlədə və gözardı edə bilmədiyimiz nəticəsidir. Bəli, bu qlobal bir prosesdir, ancaq lokal laqeydliklə başlayır və bu barədə heç bir şey edilmədiyi təqdirdə həmin yerdə də bitəcək. Bu proses öz-özünə "dayançayacaq".

Yuxarıda göstərilənlərin hamısını nəzərə alsaq, iqlim dəyişikliyi - nəzarətimiz altında olmadığı, özlüyündə əsas daşımır. Biz bu prosesi başlatdıq və ona nəzarət də bizim əlimizdədir. Öz qərarlarımızı və hərəkətlərimizi idarə edə bilməyəcəyimizi etiraf etsək, bəli - iqlim dəyişikliyi ilə əlaqədar heç bir şey edə bilmərik.

Addım 2. Ekosistem yanaşması

Bir insanın həll ediləcək vəzifələri sadələşdirməyə çalışması və xəstə olan elementə - diqqət yönəltməsi təbiidir. Təəssüf ki, belə yanaşma kompleks problemlərlə real həyatda işləmir. Bu yanaşma kondisioner və ya qırılmış qolu düzəltmək üçün istifadə edilə bilər. Ekosistemlər fərqli işləyir və onlar üşün sizin bu barədə nə düşündüyünüz qətiyyən əhəmiyyət daşımır. Ekosistemlərdə bir problemin olması bütün ekosistemə və onun elementləri arasındakı pozulmuş əlaqələrə diqqət tələb edir.

Addım 3. Həll

ələsində, bu çayın bir hissəsi olduğu ekosistemə bütöv halda baxmaq lazımdır . Kürün özündə su ilə nə baş verdiyini bilirik - həcmi  azalıb. Bəs Kürün bir hissəsinə çevrilməzdən  qabaq su ilə nə baş verir? Burada təsirsiz fenomen kimi yağıntıları  müşahidə edə bilərik. Təsirsiz yağıntı, yerə düşdükdən sonra səmərəli istifadə olunmayan yağıntıdır. Səhralaşma prosesinin getdiyi yerlərdə bunu aşkar şəkildə müşahidə etmək olar. Əsas səbəb bitki örtüyünün olmamasıdır. Su çılpaq yerə axır, axınlarda toplanır və sürət yığaraq yamacdan axmağa başlayır. Bu proses eroziya hadisəsi ilə müşayiət olunur - əvvəlcə torpağın məhsuldar qatı yuyulur, sonra torpaq, bununla da hər hansı bir bitki örtüyünün yaşamaq şansını azaldır. Dövrə qapanır və düşünmək olar ki, ondan çıxış yoxdur, amma bu belə deyil. Çıxış var və o sadədir.

Çay problemini həll etmək üçün ekosistemin bütün elementlərinin, o cümlədən onun ayrılmaz hissəsi olan insanların ehtiyaclarını həll etmək lazımdır. Bitki örtüyünü bərpa etmək üçün ilk baxışdan məntiqsiz görünə biləcək bir şey etmək lazımdır - böyük konsentrasiyada otyeyən heyvanlar qaytarılmalıdır. Otlaqlarda otyeyənlərin olması, torpaq hidrologiyasının bərpasına qədər  proses zəncirinə başlayır. İlk vsxtlar, bu cür korlanmış torpaqlarda bitki yetərli deyil, odur ki, ot toxumlarla birlikdə növbə ilə əvəz olunma üsulu ilə mobil ağıllarda gətirilməli və heyvanlar yemlənməlidir. Hər gün yeni bir yerdə. Otu ağılın içərisində mümkün olduğu qədər ən böyük əraziyə yayılmalıdır. Otların bir hissəsi yeyiləcək, bəziləri isə toxumlarla birlikdə heyvanlar tərəfindən tapdalanacaq. Torpaqlanmış ot planımızın bir hissəsidir. Hər ağıl  intensiv otlaq təsirini artırmaq üçün kifayət qədər gün ərzində "dincələ" bilməlidir. Hər bir ağılda heyvanların konsentrasiyası elə olmalıdır ki, burada heyvanlar həyat fəaliyyəti məhsulları ilə nisbətən bərabər şəkildə işlənsin. Bərpa olunacağı günlərin sayı mövsümdən asılı olaraq dəyişə bilər (quru dövrdə 60 günə qədər). Ağılların sayı, rotasiya sdemi, sürünün miqdarı və hər ağıla otlaq vaxtı və digər detallar ayrıca müzakirə mövzusudur. 

İntensiv növbə ilə yeri dəyişən otlaq nəticəsində nə əldə edirik? Sürümüz tərəfindən tapdalanan və gübrələnən otun bir hissəsi torpaqdakı böcəklərin və mikroorqanizmlərin inkişafına xidmət edəcək və bununla da torpağın üst qatlarında qidalı maddələrin dövranı prosesinə başlayacaq. Torpaqda nə qədər mikroorqanizm varsa, bitki örtüyü bir o qədər yaxşıdır və bitki örtüyü nə qədər çox olursa, çılpaq torpaq bir o qədər az olur. Çılpaqlaşmağa daha az məruz qalan torpağın üst səthində su da daha yavaş axır. Suyun yer səthində hərəkət sürəti nə qədər yavaş olarsa, suyun torpağa nüfuz etməsi daha səmərəli olur. Su torpağa nə qədər çox nüfuz edərsə və eroziyası nə qədər az olarsa, tərkibindəki su və qidalı maddələr otlağınızdakı heyvanlar, bitkilər, böcəklər və mikroorqanizmlər üçün daha əlçatan olur. Torpağınızda nə qədər su saxlaya və ondan səmərəli istifadə edə bilsəniz, suvarmaya olan zərurət bir o qədər az olacaq. Beləliklə, göydən bizə düşən suyun səmərəli istifadəsinə nail oluruq. Davam edək. 

Otlaqdakı otların bir hissəsi həmişə tapdanın torpağa qarışmalıdır. Çoxlarına elə görünə bilər ki, otlaqda sürünün yemədiyi  otlar itirilmiş otdur, lakin bu yanaşma səhvdir. Məhz bu yanaşma, çöllərin və çəmənliklərin səhralaşmasına səbəb olub. Otlaq prosesi heç vaxt bütün ot örtüyünü otlaqdan çıxarmamalıdır. Sürü mövcud otların 30-50% -ni yeyə bilər. Qalanları tapdalanmalı və ya yeyilməmiş oımalıdır. Niyə? Tapfalanmış otlar eroziya prosesini yavaşladır, günəş şüalarından torpağı müdafiə edir, başqa canlı varlıqlar tərəfindən tamamilə yeyilir və torpaqdakı maddələrin tam dövrü üçün zəruri olan həşəratların yaşayış yeri kimi xidmət edir.  Torpaq qurdları günəşin şüalarına dözə bilmir. Torpaq qurdlarısız sağlam otlaq mümkün deyil. 

Məqsədimiz üst qatın üzvi tərkibini artırmaqdır. Niyə buna ehtiyacımız var və çaylarımızın bununla nə əlaqəsi  var? Məsələ bundadır ki, torpaqdakı üzvi maddələrin hər 1% -i üçün nəm udmaq və saxlamaq qabiliyyəti hər hektara 168 ton artır. Yağışlı mövsümdən sonra qrunt sularını dolduran bu su, quru mövsümdə bitki örtüyünün sağ qalmasına imkan yaradır və sututarların il boyu qurumadan yavaş-yavaş geri qayıtmasına imkan verir. Yuxarıdakıları böyük ərazilərdə tətbiq etsək, onda yağışlı mövsümdə və yayda quraqlıq zamanı sel axınının qarşısını ala bilərik və ən əsası bütün ekosistemi bərpa edərik. 

Torpaqda üzvi maddələrin artması ilə nəm udma qabiliyyətinin artması duzların dağılmasına və bitkilər üçün zəhərli miqdarda konsentrasiyalarının azalmasına kömək edir.

Korlanmış  torpaqların bərpası və əkinçilik üçün metodlardan istifadə etməklə ət istehsalı üçün istifadəyə verilməsi bölgələrdə əhali üçün gəlir mənbəyi yaradacaqdır. Sabit gəlir mənbəyi olan əhali, əlavə gəlir mənbələri axtararaq meşələləri qırmağa və şəhərlərə köçməyə daha az ehtiyac duyur.

Yuxarıda göstərilənlərin hamısı yaxşı əlaqələndirilmiş dövlətlərarası proqram tələb edir. Belə bir proqram çərçivəsində iştirakçı ölkələrin ərazisindəki bütün fərdi səpələnmiş sürülər meqa- sürülərə birləşdiriləcək. Hər belə meqa- sürü müəyyən metodologiyaya əsasən (Vahid İdarəetmə prinsiplərinə uyğun olaraq) daimi əsasda seçilmiş ərazidə otarılacaq. 

Dünya təcrübəsində vahid idarəetmə tətbiqinin yaxşı sənədləşdirilmiş nəticələri ilə çoxsaylı nümunələr var.  

Mənbə: www.ecosystem.design

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR