Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kurikulum əsasında hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə

Kurikulum əsasında hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə
Sakura

Kurikulum əsasında hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzində 10 yanvar 2019-cu il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd:

- Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

- Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.

Hazırlıq kurslarının qrafiki

(2018/2019-cu tədris ili üçün)

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində 10 yanvar 2019-cu il tarixindən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini bu qrafikə uyğun davam etdirəcək.

Fənnin adı

Həftənin günü

Başlanma vaxtı

İngilis dili

I

09 .00

Azərbaycan dili

I

15.00

Kimya

II

09.00

Fizika

III

09.00

 

Rus dili

III

12.00

Biologiya

IV

08.30

Tarix

IV

11.00

Coğrafiya

V

08.30

Riyaziyyat

V

11.00

Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”). Tel: (051) 566-41-73

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR