Slimfit
  1. CƏMİYYƏT

Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
Sakura

Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

Kürdəmir rayonunda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 20 nəfərdən çox rayon sakini karantin rejimini kobud şəkildə pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Rayon ərzisində 21 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bundan başqa rayonun Şilyan kənd sakini Məmmədov Əsəd icazəsiz olaraq mağaza işlətdiyinə görə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Rayonun küçə və prospektlərində eləcədə bütün kəndlərində ümumilikdə 105 müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Karantin rejimi başlayandan bəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciətlərin sayında da artım müşahidə olunub. Gün ərzində şöbəyə 30-dan çox müraciət daxil olub. 

Müraciət edənlərin əksəriyyəti qızdırma, şəkərli diabet və ürək çatışmazlığından əziyyət çəkən xəstələrdir. Bununla bağlı xəstəxanada 6 briqada yaradılıb və bir neçə kənd tibb məntəqələri də gücləndirilmiş iş rejimində çalışırlar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR