Slimfit
  1. AZƏRBAYCAN

Kürdəmirdə Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi qeyd olunub

Kürdəmirdə Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi qeyd olunub
Sakura

Kürdəmirdə Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi qeyd olunub

Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində - 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatına, ictimai-siyasi fəaliyyətinə həsr edilən fotostendlərlə və sənədlərlə tanışlıq olub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Həmçinin bildirilib ki, builki peşə bayramı Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi ilə də əlamətdardır.

İcra hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər Azərbaycanda Ədliyyə Nazirliyinin bir struktur kimi formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Vurğulanıb ki, ölkəmizdə hüquq sisteminin inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan Ədliyyəsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha da inkişaf edir.

Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR