Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı

Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı
Sakura

Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı

Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: "Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraidı davam etdirilir, vəziyyətləri stabildir.

Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə müvafiq tapşırıqlar verib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi,eyni zamanda qızılca əleyhinə peyvənd olunmaları tövsiyə olunub".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR