Dərc edildi: Baxış sayı: 733
Kürdəmir rayonunda yerdən çıxan isti sularla qızdırılacaq istixana qurulur
“GEOTERMAL AGRO” MMC Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində termal sularla isidilən müasir istixana təsərrüfatı qurur.
Yer altından çıxan isti sularla qızdırılacaq istixana 2,5 hektar ərazini əhatə edir. Burada ildə orta hesabla 100-120 ton pomidor və xiyar məhsulları istehsal olunacaq.
Qeyd edək ki, hazırda rayonda 8 hektarda istixana təsərrüfatı fəaliyyət göstərir. Təkcə bu ilin birinci yarısında bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilib. Yetişdirilən məhsulların 210 tondan çoxu xarici bazarlara ixrac olunub.
Mənbə: Kommersant.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət